Hostinq xidmətlərindən əlavə müştərilərə təqdim edilən xidmətlər
İnternet səhifəsini rəqiblərdən fərqləndirərkən, müştərinin qarşılaşdığı ilk nüans səhifənin dizaynıdır. Dizaynın tərtibat səviyyəsi və keyfiyyəti həm də şirkətinizi dəqiq mövqeləndirərək sizin müştərilərə olan hörmətinizi nümayiş etdirir. Bu, peşəkarlığınızın və əvəzolunmazlığınızın daha bir sübutudur. Çünki vacib informasiya axtarışında olan ziyarətçilər mütləq rəqiblərinizin də saytına müraciət edəcək. Bu zaman şirkətinizin sözün yaxşı mənasında fərqini duyacaqlar.
İnternet səhifəsinin dizaynı – səhifədə təqdim edilmiş məlumatların görüntüsünü və bölmələr üzrə naviqasiyanı asanlaşdıran qrafik konsepsiyadır. Buna görə də saytı informativ etməkdən əlavə qeyri-adi, yaddaqalan, cəlbedici dizaynla təchiz etmək çox vacib, hətta zəruridir.
İnternet sayt dizaynı yaradarkən aşağıdakı məsləhətlərdən yararlanmaq yaxşı olardı:
- Səhifənin dizaynı izafi elementlərlə “yüklənməməli”, yorucu və bezdirici olmamalı, ziyarətçinin istədiyi informasiyanı almasına maneə törətməməlidir!
- Dizayn yaddaqalan və cəlbedici olmaqla ziyarətçini tezliklə yenidən səhifəyə keçid almağa sövq etməlidir!
- Səhifənin dizaynında naviqasiya sisteminin rahatlığına xüsusi diqqət yetirilməlidir! Çünki naviqasiya rahatlığı ziyarətçinin gözündə resursun dəyərinin birə-min artıran vacib nüanslardan biridir!
Beləliklə, veb dizayn – istifadə rahatlığı, şirkətinizin imici və fəaliyyətinə assotiativ uyğunluğu əks etdirən orijinal vizual həlldir. Dizaynın hazırlanması zamanı müştərinin korporativ üslubunun qoyduğu bütün tələblərə əməl olunması vacib şərtlərdəndir.
Qeyd edilənlərə təsdiq olaraq BakuHosting HC öz müştərilərinə aşağıdakı əlavə xidmətləri də təklif edir:
Veb dizayn:
- Loqotiplərin hazırlanması
- Müştərinin korporativ üslubuna uyğun dizayn
- Veb səhifələrin (sayt) dizaynı
- Vebdizaynın layihələşdirilməsi
- Bannerlərin hazırlanması
Proqramlaşdırma:
- HTML, PHP, XML/WML, Java kodlaşdırma
- Səhifənin məzmununun dinamik dəyişdirilməsi (CMS)
Xidmətlərimizdən istifadə etmiş müştərilərimizdən: