
Bakuhosting HC - virtual hostinq sahəsində peşəkar hostinq xidmətləri göstərən şirkətdir. Şirkət 2008-ci ildən fəaliyyət göstərir. BakuHosting mütəmadi olaraq öz xidmət sahəsini genişləndirməkdə davam edir.
Müştəri rəylərini nəzərə alaraq, sizi əmin edə bilərik ki, bizimlə əməkdaşlıq sizin internet layihənizin gələcək perespektivi və stabil gəliri baxımından uğurlu seçimdir!
Hal-hazırda "Virtual hostinq", "Reseller hostinq", "VPS/VDS", "Dedicated"(serverlərin kirayəsi) və eyni zamanda domain adlarının qeydiyyatı kimi bir neçə xidmətlərimizdən yararlanmaq imkanınız var.
BakuHosting şirkəti xidmət serverlərində layihələrinizin hazırlanması üçün istifadə edə biləcəyiniz, "CGI, .htaccess, MySQL, PHP" kimi beynəlxalq praktikada ən çox istifadə olunan son proqram texnologiyalarını öz müştərilərinə təqdim edir.
Eyni anda bir neçə data mərkəzlə edilən əməkdaşlıq nəticəsində təqdim edilən istənilən növ hostinq xidmətlərindən yararlanacağınız halda, layihənizin stabil fəaliyyəti ilə bağlı bütün "düşüncələrdən" azad olmuş olacaqsınız.
Həftənin
7 günü, günün 24 saatı çalışan
Texniki dəstək komandamız isə yarana biləcək istənilən nasazlıqlar zamanı hər zaman sizinlə birlikdədir!